3 İyul 2019 15:27
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayon Məhkəməsinin hakimi Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərən Təhminə Səfərovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Məhkəməsinin hakimi Mehriban Qarayevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 16-na təyin edilib.

Qeyd edək ki, bu il fevralın 21-də Sabunçu rayon Məhkəməsində insident baş verib. Təhminə Səfərova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib.

Oğurluqda təqsirləndirilən Orxan Səfərovun anası Təhminə Səfərova dövlət ittihamçısının çıxışından sonra məhkəmə zalına daxil olub. O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib.

Qadın hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib. Bu zaman məhkəmə iclasında olan nəzarətçilər Təhminə Səfərovanı zaldan çıxarıblar.

Daha sonra Sabunçu rayon Məhkəməsinə hüquq-mühafizə orqanları əməkdaşları çağırılıb, qadının barəsində Cinayət Məcəlləsinin 288-ci (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürüb.

Lakin qadın həmin gün evə buraxılıb, onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Təhminə Səfərovanın psixi problemlərinin olduğu bildirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər