3 İyul 2019 15:52
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Elmar Məlikovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitiq ilə çıxış edib.

O, Elmar Məlikovun 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Proses iyulun 10-da müdafiə tərəfinin çıxışları ilə davam edəcək.

İttihama gör, Elmar Məlikov “Bank VTB” (Azərbaycan) ASC-nin əməkdaşı vəzifəsində çalışarkən etibardan sui-istifadə və aldatma yolu ilə Tamilla Mikayılovanın əmlakını ələ keçirmək məqsədilə pul verdiyi halda “Accessbank” ASC-də debet kartla şəxsi hesabına ABŞ dolları mədaxil edərək hesabdakı pulu manata dəyişməklə məxaric edib, həmin pulu valyutadəyişmə mətəqəsində ABŞ dollarına dəyişərək yenidən şəxsi hesabına mədaxil etməklə, periodik olaraq konvertasiya əməliyyatı həyata keçirib.

Bu yolla o, zərərçəkmiş şəxsə gündəlik qazanc verəcəyini yalandan vəd edib.

Bu məqsədlə Tamilla Mikayılovadan hissə-hissə olmaqla, ümumilikdə 280 min manat, Mehman Allahverdiyevdən də eyni üsulla ümumilikdə 180 min manat alaraq, dələduzluq edib.

Mehman Allahverdiyev hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər