3 İyul 2019 16:54
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluqda təqsirləndirilən 1993-cü il təvəllüdlü Röyal Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Royal Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin fevralın 14-də Sabunçu rayonunda Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Röyal Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək, ona məxsus mobil telefonunu əlindən alıb və hadisə yerindən uzaqlaşıb.

Araşdırma zamanı Royal Səfərovun rayon ərazisində daha bir gənc qıza qarşı quldurluq edib, mobil telefonunu əlindən aldığı məlum olub.

İstintaq orqanı tərəfindən Royal Səfərovun barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq-silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər