4 İyul 2019 11:39
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan qaçaqmalçılıqla külli miqdarda xarici valyuta çıxarmaqda təqsirləndirilən Nurmaqomed Karanaevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiyaya “Gül kələmi” yükü aparan Rusiya Federasiyası vətəndaşı Karanaev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi “Volvo FN 12” markalı E900XX05/AH264639 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min Rus rublu aşkar edilib.

Həbs edilən Nurmaqomed Karanaevin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə Nurmaqomed Karanaev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Vidadi Cəfərovun sədrliyi ilə ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, Nurmaqomed Karanaevin apellyasiya şikayəti təmin edilib. Onun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il 8 aya endirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər