5 İyul 2019 10:23
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda tələbəni qətlə yetirməkdə təqsirli bilinən Ağstafa rayonu Dağ Kəsəmən sakini, 2000-ci il təvəllüdlü Rauf Murğuzovun barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara görə, Rauf Murğuzovun cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Murğuzov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən il dekabrın 23-də Nərimanov rayonun Atatürk prospektində Ağstafanın Dağ Kəsəmən sakinləri, 2000-ci il təvəllüdlü Rauf Murğuzov həmkəndlisi, 2000-ci il təvəllüdlü Elman Xəlilovla mübahisə edib.

Mübahisə davaya çevrilib və Rauf Murğuzov Elman Xəlilovu bıçaqlayaraq qətlə yetirib.

Öldürülən Elman Xəlilov Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinin II kurs tələbəsi olub. Rauf Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alırdı.

Məlum olub ki, həmkəndlilər arasında mübahisə qız üstündə yaranıb. Öldürülən Elman Xəlilov 4 bacının tək qardaşı olub. Həmçinin qətli törədən şəxslə uşaqlıq dostu olublar.

Istintaq orqanı tərəfindən Rauf Murğuzovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər