5 İyul 2019 12:33
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin sabiq rəhbəri Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Məhkəminin hökmü ilə həmin şəxslərə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsinə bəraət verilib. Digər maddələrlə müddət keçdiyinə görə onlara cəza təyin edilməyib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmibn edilməyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Səmyar Abdullayev, Himmət Şükürov və Niyaməddin Şıxəliyev Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

İttihama görə, əlillər üçün tikiləcək binadan iş üzrə zərərçəkənlərə mənzil veriləcəyi adı ilə onlardan pullar alınıb.

İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilir.

Dəyən zərər ümumilikdə 6.5 milyon manatdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər