Binəqədidə piyadanın ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Ramiz Mirzalıyevin barəsində prokuror tərəfindən verilən protestə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində prokurorun protesti araşdırılıb.
Məhkəmə prokurorun təqsirləndirilən şəxsin həbs edilməsi barədə verdiyi protesti təmin etməyib.
Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin hökmü ilə Ramiz Mirzalıyevə bəraət verilib.
İttihama görə, Binəqədi rayonu ərazisində "Vaz 2107" markalı avtomobil yolu keçən piyadanı vurub. Sürücü dərhal piyadanı xəstəxanaya çatdırıb. Yaralı Azərbaycanda bir müddət müalicə olunandan sonra Gürcüstana aparılıb.
O, Gürcüstanda dünyasını dəyişib.
İstintaq araşdırması zamanı qəzanın törədilməsində Ramiz Mirzalıyev günahkar bilinib və ona ittiham elan edilib.