Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan 1985-ci il təvəllüdlü Orxan Rzaquliyev barəsində çıxarılan hökmdən apelyasiya şikayəti verib.
Teleqraf.com xəbər verir ki, Orxan Rzaquliyevin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Şikayət hakim Vaqif Mursqulovun icraatına verilib.
Məhkəmənin ilkin baxış iclası iyulun 11-nə təyin olunub.
Qeyd edək ki, Orxan Rzaquliyev barəsində olan hökmün ləğv edilməsini, ona bəraət verilməsini istəyir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Rzaquliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.
Orxan Rzaquliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.
İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham elan edilib.