Penitensiar xidmətin 3 saylı istintaq təcridxanasında məhkum yanına gələn şəxs məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, 3 saylı istintaq təcridxanasında cəza çəkən məhkum Mikayılov Cəlil Tahir oğlu ilə qısamüddətli görüşə gəlmiş atası, Sumqayıt şəhər sakini Mikayılov Tahir Cəlil oğlunun üzərinə və əşyalarına baxış keçirilib.
Baxış zamanı Tahir Mikayılovun ayaqqabısının içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,323 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Qeyd edək ki, Cəlil Mikayılov Cinayət Məcəlləsinin 28; 317.3-cü (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalırının normal fəaliyyətini pozmağa hazrılıq görmə, mütəşəkkil dəstə tərəfindən və ya həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 317.2.1-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmə), 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 180.1-ci (soyğunçuluq), 234.1-ci (narkotik vasitələrdən istifadə etmə) maddələri ilə ittiham olunub.
Dəfələrlə məhkumluq həyatı yaşayan Cəlil Mikayılov sonuncu dəfə 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.