Bakının Səbail rayonunda quldurluq cinayəti baş verib.
Bu barədə Teleqraf.com-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, quldurluq cinayəti “Milli Park”in ərazisində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan 4 nəfər Bakı şəhər sakini Qabil Quliyevi bıçaqla hədələyib 230 manatını alıb.
39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Camal Eynullayev və Əfqan Salmanov tutulub, digərlərinin tutulması üçün tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov