8 İyul 2019 16:16
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Eldar Müslümovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 16-na təyin edilib.

İttihama görə, bu ilin fevralın 18-də Nərimanov rayonu ərazisində Eldar Müslümov 66 yaşlı anası Nailə Müslümovanı öldürüb. Məlum olub ki, o, münaqişə zamanı stulla anasının sinəsinə vurub. Bu zaman başı divara dəyən qadın yıxılıb.

Cinayəti törətdikdən dərhal sonra Eldar Müslümov mənzilin qapısını bağlayaraq qaçıb. O, bir sutka ərzində evdə olmayıb. Fevralın 19-da, gündüz saat 16.00-da evlərinə qayıdıb.

Anasının yaşadığını düşünərək təcili yardım çağırıb. Hadisə yerinə gələn həkimlər qadının öldüyünü təsdiq ediblər. Həkimlərdən sonra hadisə yerinə polislər gəlib.

Məlum olub ki, ana ilə oğul arasında münaqişə smartfon telefon üstündə düşüb. Eldar Müslümov anasından özünə smartfon telefon almaq üçün pul istəyib. Anası isə pul verməkdən imtina edib. Bundan qəzəblənən oğlan anasına əl qaldırıb.

Qeyd edək ki, oğlan və anası tək yaşayırmış.

O da məlum olub ki, oğlan epilepsiyadan əziyyət çəkir və psixi çatışmazlığı var.

İstintaq orqanı tərəfindən Eldar Müslümovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər