Bakının Sabunçu rayonunda quldurluq cinayəti baş verib.
Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini Şükür Əzizov iki naməlum şəxsin quldurluğu ilə üzləşib. Onu hədələyən həmin şəxslər “Daewoo” markalı avtomobilini və 200 manatını alaraq hadisə yerindən qaçıblar.
12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Mirtofiq Mirhəsənov və onun qardaşı Sahib tutulublar.
Hacı Zeynalov