Abşeron rayonunda 20-dən çox evi qarət etməkdə təqsirli bilinən İlkin Nağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, İlkin Nağıyevin barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Şövkət Nəcəfovanın icraatına verilib.
Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə başlanacaq.
İstintaq orqanı tərəfindən İlkin Nağıyevin barəsində Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.
İstintaq müəyyən edib ki, İlkin Nağıyev əvvəllər də oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb.