10 Sentyabr 2014 16:22
495

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə şəhərin 13-cü mikrorayon ərazisindəki restoranlardan birinin qarşısında qeydə alınıb. Şəhər sakini Elnur Quliyev xuliqanlıq zəminində həmyerlisi, əvvəllər məhkum olunmuş Zahid Xudaverdiyevi bıçaqlayıb.

Zahid Xudaverdiyev ağır bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Quliyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...