Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi” MMC-nin Siyəzən rayon sürücülük məktəbinin direktorunun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, istintaq zamanı sürücülük məktəbinin sabiq direktoru Tahir Qüvvətovun rayon sakinindən həmin məktəbə sürücü-təlimatçı vəzifəsinə işə qəbul etmək üçün 1.000 manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hacı Zeynalov