Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşları tərəfindən Nardaran qəsəbə sakini Z.Həsənova məxsus həyətyanı sahəyə baxış keçirib.
Baxış zamanı torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “İJ-58” markalı tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.