16 İyul 11:00
205

Bakıda qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Rafael Hüseynovun cinaytət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinıə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Sabunçu rayon Maştağa qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rafael Hüseynov bu il aprelində Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Polis əməkdaşları onun evində 5 kiloqramdan çox marixuana aşkarlayıb.

Rafael Hüseynovun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Rafael Hüseynov daha əvvəl qəsdən adam öldürmə maddəsi ilə Rusiyada cəza çəkib.

O, kriminal avtoritet kimi tanınır.


Müəllif: Hacı Zeynalov