"Para" Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin işçisi Kəyan Asəf oğlu Novruzovun barəsində cinayət işi başlanıb.
Teleqraf.com-un xəbərinə görə, Kəyan Novruzovun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Kəyan Novruzovun barəsində cinayət işinin başlanmasına səbəb "Para" Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyini hüquq-mühafizə orqanlarına şikayət etməsi olub.
Araşdırmalar zamanı məlum olub ki, Kəyan Novruzov "Para" Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin xeyli miqdarda vəsaitini mənimsəyib.
Kəyan Novruzovun barəsində başlanan cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Elməddin Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyulun 24-nə təyin edilib.