Polis insanlara hücum edən qara kostyumlu və üzündə maska olan şəxsi axtarır.
Teleqraf.com xəbər verir ki, İngiltərənin Somerset regionunda insanlar bir neçə gündür ki, qorxu içində yaşayır.
Məlumata görə, hava qaraldıqdan sonra "peyda olan" qara kostyumlu və maskalı şəxs qadınları seksual qısnamaya məruz qoyur.
Qadın şahidlərdən biri deyib: “Hava qaraldıqdan sonra qarşıma çıxdı. Üzünü görmək mümkün deyildi. Gözünün üstündə "X" işarəsi vardı. Dərindən nəfəs alırdı. Daha sonra əllərini cinsi orqanının üzərinə qoydu”.
Başqa bir xanım isə qorxulu şəxs haqqında polisə “Qaçaraq onu azdırdım. Dalımca qaçırdı. Nə zaman gözümü yumsam onun sürətini görürəm. Çox qorxuram” şəklində ifadə verib.
Son məlumata görə, İngiltərə polisi bölgəyə əlavə qüvvə, xüsusi təlim keçən itlər və helikopterlər cəlb etsə də, insanlara hücum edən şəxsi yaxalamaq mümkün olmayıb.