17 İyul 2019 11:40
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Orxan Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 24-nə təyin edilib.

Qeyd edək ki, hadisə Bakının Binəqədi rayonu ərazisində yerləşən "Tayqa" marketin yaxınlığında baş verib.

Həmin ərazidə 1998-ci il təvəllüdlü Zaman Rüstəmov çoxsaylı bıçaq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində məlum olub ki, R.Zamanov şəxsi münasibətlər zəminində E.Əliyev tərəfindən bıçaqlanıb.

İstintaq orqanı tərəfindən Orxan Əliyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2-ci (xuluqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər