18 İyul 2019 12:40
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyasının keçmiş üzvü Vüqar Poladov və onunla birlikdə ittiham olunan Misir Əmirovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən olunub.

Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 26-na təyin olunub.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin icraatında araşdırılacaq.

Vüqar Poladov və Misir Əmirov Cinayət Məcəlləsinin 312.2 (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham elan edilirlər.


Müəllif: Hacı Zeynalov