Bakının Yasamalda baş verən davaya görə bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Vəlixanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini F.Budaqov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.