18 İyul 2019 18:00
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Samir Əliyevin cinaytət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Süleyman Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu il mayın 5-də Sabunçu rayonu, Zabrat qəsəbəsində 1981-ci il təvəllüdlü S.Əliyevin 217 nömrəli marşrut xətti üzrə idarə etdiyi “İsuzu” markalı, 01-BM-698 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə yol kənarında dayanmış “Ford Transit” markalı 90-CO-434 dövlət qeydiyyat nişanlı yük avtomobilinin toqquşması nəticəsində 7 nəfər şəxsin zərərçəkməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Aparılmış istintaqla hadisənin S.Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində S.Əliyev mayın 6-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər