18 İyul 2019 18:10
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə müxtəlif xətalar törətdiklərinə görə 4 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı şəhər prokuroru İlqar Abbasov bildirib.

Şəhər prokurorunu sözlərinə görə, onlardan 3 nəfərə töhmət, 1 nəfərə isə şiddətli töhmət elan edilib.

"Prokurorluq əməkdaşlarının dövlət başçısı cənab İlham Əliyevin dövlət qulluqçularının xidməti və xidmətdən kənar məmur-vətəndaş münasibətlərini müəyyən edən proqram xarakterli çıxışlarından ciddi nəticə çıxarılması, eləcə də xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün", -deyə İlqar Abbasov deyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər