18 İyul 18:44

"2019-cu ilin birinci yarısında şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 590 işdən 252-i, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 6680 cinayət işindən 2183-nün istintaqı tamamlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı şəhər prokuroru İlqar Abbasov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə törədilmiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 7.579.457 manat maddi ziyandan 43.8 %-i yəni 3.316.706 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 19.337.628 manat maddi ziyandan 92 %-i yəni, 17.772.953 manatı istintaq zamanı ödətdirili.


Müəllif: Hacı Zeynalov