20 İyul 2019 18:44
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda metroda sevgilisini bıçaqlamaqda təqsirli bilinən 1972-ci il təvəllüdlü Vahid Abdullayevin apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi şikayət üzrə qərar elan olunub.

Qərara görə, Vahid Abdullayevin apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid Abdullayev 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Bakı Metropoliteninin "Nəsimi" stansiyasında 1972-ci il təvəllüdlü Bakı şəhər sakini Elnarə Quliyeva sevgilisi Vahid Abdullayev tərəfindən bıçaqlanıb.

Yaralı vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.
Vahid Abdullayev Elnarə Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.

İstintaq orqanı tərəfindən Vahid Abdullayevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər