Azərbaycanda qadın qeyri-rəsmi yaşadığı kişidən polisə şikayət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Xırdalan şəhərində qadın qeydiyyatda olmaqla Astara şəhərində yaşayan K.Qənbərova Astara rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Mərkəzi Poçtun yaxınlığında tanımadığı şəxsin onun əlindən “Samsung” markalı mobil telefonunu alaraq qaçdığını bildirib.
Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, K.Qənbərovanın mobil telefonunu qeyri-rəsmi ər-arvad kimi yaşadığı İqrar Əliyev qısqandığı üçün könüllü şəkildə ondan alıb, lakin sonra geri qaytarmayıb.
Bununla da K. Qənbərovanın şikayət ərizəsində soyğunçuluq cinayəti barədə yalan məlumat verdiyi müəyyən edilib.
İstintaq zamanı “Samsung” markalı mobil telefon aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.