23 İyul 2019 13:25
2 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Məsud Əhmədovun barəsində olan hökmdən dövlət ittihamçısı kasasiya protesti verib.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəməyə müraciət edən prokuror Məsud Əhmədovun cəzalanmasını istəyir.

Həmçinin bu iş üzrə zərərçəkmiş Cahangir Alışov və digərləri də kasasiya şikayəti verərk, şirkət rəhbərinin cəzalanmasını tələb edirlər.

Kasasiya protesti və kasasiya şikayəti hakim Fərhad Kərimovun sədrliyi ilə araşdırılacaq.

İttiham aktına əsasən, podoratçi şirkətin rəhbəri olan Məsud Əhmədov Cahangir Alışov və digər şəxslərə qarşı ümumilikdə 1 milyon 319 min 232 ABŞ dolları məbləğində dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi ona bəraət hökmü çıxarıb.

Məsud Əhmədov məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti və zərərçəkmişlər isə apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, prokurorun protesti və zərərçəkmişin şikayəti təmin edilməyib.

Xatırladaq ki, Cahangir Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Cahangir Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər