23 İyul 2019 16:40
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonu ərazisində azyaşlıya qarşı soyğunçuluq edərək onun pulunu ələ keçirən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, zərərçəkənin valideynləri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə məlumat verərək bildiriblər ki, tanımadıqları şəxs onların övladlarına yaxınlaşaraq əlində olan 5 manat pulu soyğunçuluq yolu ilə alıb.

Bölmə əməkdaşlarınını həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Rəsul Hüseynov saxlanılıb.

O, İfadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun bir neçə ay əvvəl paytaxt sakini olan bir qadının pul kisəsini oğurladığı da müəyyən edilib. Həmin vaxt Rəsul Hüüseynov zərərçəkənə 500 manat maddi ziyan vurub.

Faktla bağlı 28-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, oğurluq və soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal RPİ və ya 28-PB-nə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər