Bakıda qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Vüqar Rəsulovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Vüqar Rəsulov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın əvvəlində Bakının Xətai rayonunun Telnov küçəsində baş verib.
Belə ki, köhnə uşaq bağçasında yaşayan məcburi köçkün, 1976-cı il təvəllüdlü Mehdiyev Mahir Məhəmməd oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb. Döş qəfəsindən bıçaqlanan yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Daha sonra hadisəni törətmiş 2001-ci il təvəllüdlü V.Rəsulov şübhəli şəxs qismində saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.