Bakının Xətai rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində naməlum şəxs Bakı şəhər sakini Z.Ağayevanı döyüb içərisində 600 manat pul və mobil telefon olan çantasını alıb.
Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini E.Fətiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.