29 İyul 2019 17:53
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxda kollec tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Məhərrəm Qocayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 6-na təyin edilib.

İttihama görə, Qazax rayonunun Çaylı kəndində 1999-cu il təvəllüdlü Rahil Cələddinli 17 yaşlı Məhərrəm Qocayev tərəfindən qətlə yetirilib.

Hadisə borc üstündə baş verib.

Qazax Dövlət Sosial İqtisad Kollecinin 3-cü kursunda təhsil alan Rahil Cələddinli Qazax rayon 2 saylı Çaylı kənd orta məktəbinin 11-ci sinif şagirdi Məhərrəm Qocayeva təqribən 25-30 manat pul borc verib.

Rahil Cələddinli hadisə günü pulunu geri tələb edib.

Məhərrəm Qocayev pulun bir hissəsini qaytara bilib və bu, tərəflər arasında mübahisəyə səbəb olub.

Nəticədə Məhərrəm Qocayev bıçaqla Rahil Cələddinlinin ürək nahiyəsinə bir zərbə vurub. Zərərçəkmiş aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törədən şəxs isə saxlanılıb.

İstintaq orqanı tərəfindən Məhərrəm Qocayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər