1 Avqust 2019 12:37
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Hüseyn Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Fərid Yaqubovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib.

İttihama görə, bu ilin mayında Xətai rayonu ərazisində Nobel və Babək prospektlərini bir-biri ilə birləşdirən Fəzail Bayramov küçəsində Azərbaycan Dəmir Yolları Qapalı Tipli Səhmdar Cəmiyyətinin Keşlə stansiyasının əməkdaşı Muxtarov Hüseyn Çingiz oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə piyadanı vurub.

Ağır xəsarətlər alan 1959-cu il təvəllüdlü Əliyev Həsən Abbasqulu oğlu hadisə yerində vəfat edib.

Vəfat edən şəxs biznesmendir və “VÜQAR-2” MMC-nin sahibidir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər