1 Avqust 2019 14:10
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kompüter sisteminə qanunsuz daxil olma və bir neçə cinayətdə təqsirləndirilən Rəhman Musayevin barəsində olan məhkəmə qərarından verilən kasasiya protestinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Rəhman Musayevin kasasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, prokuror Rəhman Musayevin barəsində Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərarın ləğv edilməsini, onun cəzasının ağırlaşdırılması barədə işə yenidən baxılmasını istəyib.

Qeyd edək ki, Rəhman Musayevin barəsində Cinayət Məcəlləsinin 271-ci (kompüter sisteminə qanunsuz daxil olma), 177-ci (oğurluq) və 192.2.1-ci (qanunsuz sahibkarlıq, külli miqdarda ziyan vurduqda) bir neçə maddə ilə ittiham irəli sürülüb.

O, daha əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları tərəfindən həbs edilib və MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin rəhbərlik etdiyi qrup tərəfindən onun istintaqı aparılıb.

İttihama görə, Rəhman Musayevin "Azəriqazbank"da pul hesabı olub.

O, xarici vətəndaşla birlikdə sahibkarlıqla məşğul olub. MTN-ə çağırılan Rəhman Musayevdən qazandığı pulların, bank hesabında olan vəsaitin haradan alınması soruşulub. Bundan sonra ona qarşı bir neçə maddə ilə ittihamlar irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Musayevin barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Daha sonra Rəhman Musayev apelyasiya şikayəti verərk, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun anasının adına olan bir neçə torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülüb.
Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Rəhman Musayev və ailəsi də "MTN işi"ndə zərərçəkmiş kimi tanınıb.

O, Mavrikiy Respublikasında fəaliyyət göstərən “İnrageous Payment LTD” şirkətinin Azərbaycandakı filialının direktoru vəzifəsində işləyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər