Bakının Xəzər rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Binə qəsəbəsi ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir qadının içərisində 970 manat və mobil telefon olan pul kisəsini zorla əlindən alıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Q.Kişiyev saxlanılıb.