"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevlə birgə təqsirləndirilmiş, bankın Nərimanov filialının sabiq rəhbəri Məmməd Cahangirov barəsində şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Məhkəməsi onun müraciətini təmin edərək, barəsində şərti məhkum etməni ləğv edib və Məmməd Cahangirovun məhkumluğu götürülməsi barədə qərar çıxarıb.
Qərardan narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib.
Protest Bakı Apelyasiya Məhkəməsində araşdırılır.
Qeyd edək ki, Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib.
Sabiq bankirlə birgə bankın Nərimanov filialının direktoru işləmiş M.Cahangirov və digər şəxslər də mənimsəmədə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Məmməd Cahangirovun barəsində isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona şərti cəza verilib.
Xatırladaq ki, Cahangir Hacıyev və bir neçə şəxsin cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.