Bakıda qətldə təqsirləndirilən Adil Qazıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Adil Qazıyev 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin martın əvvəlində Nizami rayonunda baş verib. Əvvəllər məhkum olunmuş 41 yaşlı A.Qazıyev tanışı 55 yaşlı Fərzalı Nəsirovla yaşadığı binanın qarşısında mübahisə edib.
Mübahisə tərəflər arasında əlbəyaxa davaya çevrilib.
Dava zamanı A.Qazıyev F.Nəsirova bir bıçaq zərbəsi vurub.
Ağır xəsarət alan F.Nəsirov elə hadisə yerindəcə ölüb.
Daha sonra əraziyə polis və prokurorluq orqanlarının əməkdaşları gələrək araşdırmalara başlayıblar.
Nizami rayon Polis İdarəsi 25-ci polis böbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən A.Qazıyevi saxlayıb.
O, törətdiyi əməli etraf edib və hadisənin söyüş üstündə baş verdiyini bildirib.