Azərbaycanda əxlaqsızlıq yuvası saxlanılması, fahişəliyə cəlb etmə ilə bağlı cinayətlərin statistikası açıqlanıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.
Məlumata görə, ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 52, o cümlədən 32 fahişəliyə cəlb etmə və 11 əxlaqsız yuvaları saxlama cinayəti aşkarlanaraq 28 nəfər məsuliyyətə cəlb olunub.