8 Avqust 2019 16:26
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Sara Cərullanın barəsində cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Sara Cərulla bir qrup Azərbaycan vətəndaşı olan qadını Türkiyəyə aparıb və orada kişi müştərilərlə intim əlaqəyə girməsini təşkil edib.

Bunun müqabilində o, maddi gəlir əldə edib. Cinayət işi üzrə 4 qadın zərərçəkmiş şəxs qismində tanınıb. Sara Cərullanın barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər