Bakıda bu ilin 6 ayı ərzində ictimai yerlərdə törədilən cinayətlərin statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, ictima yerlərdə törədilən cinayətlər 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,1% azalıb.
Bu ilin 6 ayı ərzində ictimai yerlərdə ümumilikdə 256 cinayət faktı qeydə alınıb.
Onlardan 152-i küçə, meydan və parkda, 103-ü isə digər ictimai yerlərdə baş verib.