Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları Hunanlar kəndi ərazisində 2,3 hektar sahədə yabanı halda bitmiş, 2 tona yaxın çəkisi olan 2385 çətənə kolu aşkarlayıblar. Həmin çətənə kolları məhv edilib.