Braziliyanın cənubundakı Rio Qrande du Sul ştatında yerləşən gecə klubuna edilən hücum nəticəsində 5 nəfər həlak olub, dörd nəfər yaralanıb.
Teleqraf.com-un məlumatına görə, gecə klubuna quldurlar tərəfindən hücum edilib. Cinayətkarlar musiqini söndürməyi tələb ediblər, sonra oradakı qadınlardan birini vurublar. Sonra digər adamlara atəş etməyə başlayıbar.
Yaralananlar ağır vəziyyətdə bölgənin paytaxtı Porto Alegredəki xəstəxanalara göndərilib.