Bakının Saəbil rayonunda soyğunçuluq edən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun bu ilin iyul ayında İtaliya vətəndaşı Bariaççi Simone Sergtonun Zərgərpalan küçəsində yaşadığı evə, avqust ayında isə Ukrayna vətəndaşı Valeriya Skripniçenkonun Neftçilər prospektindəki evinə qonşuya su axıtması adı ilə girib 300 manat və 50 avro, habelə sənədlər olan pul kisəsini, sonuncunun isə 300 manatını oğurlaması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov