Ağcabədi rayon sakininin mənzilindən xeyli sayda silah-sursat tapılıb.
Ağcabədi Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon sakini Afət Heydərovanın yaşadığı mənzilə baxış keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində A.Heydərovanın yaşadığı evdən 1 ədəd “Kalaşnikov”, 2 ədəd avtomat darağı, 1 ədəd "Kalaşnikov" markalı avtomata aid bıçaq, avtomat patronları, "Toz" markalı tüfəng, 16 kalibrli qoşa lülləli tüfəng, 1 ədəd qundağı çıxarılmış tüfəng, kustar üsulla hazırlanmış beşatılan tüfəng, 1 ədəd naqan tipli tapança, 2 ədəd " İJ-37" siqnal tapançası, 5 ədəd dəmir üsula hazırlanmış xəncər, iki ədəd bıcaq, "F1" əl qumbarası, tüstü qumbaraları, ov tüfənginə aid çoxlu sayda patronlar aşkar edilərək götürülüb. A.Heydərova maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb./report/