20 Avqust 2019 14:26
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Gərəkli kənd sakini, əvvəllər də məhkum olunmuş 34 yaşlı Ramil Qandayev saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə də baxış keçirilib. Oradan 4 ədəd kibrit qutusunda 11 qramdan artıq və 1 ədəd sellofan torbanın içərisində 300 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır./trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər