Qubada 10 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə rayonun Xanagah kəndində baş verib.
Bakı şəhərində yaşayan, 2009-cu il təvəllüdlü, 3-cü sinif şagirdi Cəfərov Rəsul Ramiz oğlu babası Mansurov Nurəddin İsmayıl oğlunun Quba rayonunun Xanagah kəndindəki evinə qonaq gedib. R.Cəfərov həmin evin hamam otağında olarkən dəm qazından boğularaq huşunu itirib.
Uşaq huşunu itirmiş vəziyyətdə anası tərəfindən aşkar edilsə də onun həyatını xilas etmək mümkün olmayıb. R.Cəfərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.