Bu gün Xəzər dənizində 1 nəfər batıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xızı rayonu, Yaşma kəndi ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 55 km aralıda) 1951-ci il təvəllüdlü Şeyxi Arif Rəhim oğlu batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
A.Şeyxinin meyiti dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:10-da başa çatıb.