26 Avqust 2019 00:58
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində qonşular arasında dava düşüb.

Teleqraf.com xəbər verir ki, hadisə zamanı 1982 ci il təvəllüdlü Pənahova Pərvanə Fəxrəddin qızı döyülüb.

Qadın müxtəlif xəsarətlərlə Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə gətirilib.

Onun vəziyyətinin orta-ağır olduğu deyilir. Qadını döyən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com