Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Yeni Ramana qəsəbəsində 50 yaşlı Nailə Əliyeva tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
N.Əliyevaya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.