13 Sentyabr 2014 10:43
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda vətəndaşın külli miqdarda pulunu alıb qaytarmayan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Elxan İbadov tutulub.

Məlum olub ki, o, cari ilin aprel ayında Nadir İsmayılovun etibarından istifadə edərək 8000 ABŞ dolları alıb və qaytarmayıb.


Müəllif: